İnsanlara hürriyət, millətlərə istiqlal!

Epşteynin gizli arxivi ifşada: Milyarder Bill Qeyts iki rusiyalı məşuqəsindən danışdı

976 24.06.2026 16:55 Dünya A A

"Microsoft" şirkətinin qurucusu, milyarder Bill Qeyts ABŞ Konqresində ifadə verərkən vaxtilə gizli nikahdankənar əlaqədə olduğu iki Rusiya vətəndaşının kimliyini rəsmən etiraf edib.

Musavat.com xəbər verir ki, ABŞ Konqresində keçirilən rəsmi dindirilmə zamanı Bill Qeyts qalmaqallı milyarder Ceffri Epşteynin onun şəxsi həyatı barədə mühüm məlumatları necə əldə etdiyinə aydınlıq gətirib. Qeytsin rəsmi ifadəsinə görə, Epşteyn onun iki rusiyalı qadınla olan gizli sevgi münasibətləri barədə təkzibolunmaz faktlara sahib olub və bu məlumatlardan rıçaq kimi istifadə edib. Milyarderin ifşa etdiyi qadınlardan biri peşəkar brij oyunçusu Mila Antonova, digəri isə Rusiyanın tanınmış nüvə alimi Karima Niqmatulinadır.

Qeyd olunur ki, bu sensasiyalı etiraf Konqresdə Epşteynin qlobal şəbəkəsi və onun nüfuzlu şəxsləri şantaj etmək üsulları ilə bağlı aparılan genişmiqyaslı təhqiqat çərçivəsində üzə çıxıb. Bill Qeyts bu münasibətlərin keçmişdə qaldığını bildirsə də, sözügedən adların ABŞ kəşfiyyatı və siyasi dairələrində böyük rezonans doğurduğu və mövzunun pərdəarxası ilə bağlı yeni araşdırmalara yol açacağı vurğulanır.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR