İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan ŞOK: Ermənistan seçkiləri legitim deyil

1928 24.06.2026 18:34 Siyasət A A

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistan-Rusiya münasibətləri və Ermənistanda keçirilmiş parlament seçkiləri ilə bağlı növbəti sərt açıqlamalar verib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan hakimiyyətinin siyasətini uzun müddətdir tənqid edən Zatulin Moskvanın İrəvanın son illərdəki kursundan narazı olduğunu bildirib.

Zatulin Gürcüstan sərhədlərində vəziyyətin gərginləşəcəyini istisna etmir

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Rusiyanın geosiyasi rəqibləri ilə yaxınlaşmağa çalışır və buna Moskvanın reaksiyası qalacağını gözləmək yanlışdır.
“Bu gün Rusiya-Ermənistan münasibətlərində yaranmış problemlərin əsas məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür. Ermənistan rəhbərliyi açıq şəkildə Rusiyanın geosiyasi rəqibləri ilə yaxınlaşmağa çalışır”, – deyə Zatulin bildirib.

Rusiyalı deputat Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrini də tənqid edib. O iddia edib ki, səsvermədən əvvəl və sonra baş verən hadisələr seçkilərin legitimliyi ilə bağlı suallar yaradır. Zatulin müxalifət nümayəndələrinə qarşı təzyiqlər, həbslər və Erməni Apostol Kilsəsi ilə hakimiyyət arasında yaranmış qarşıdurmanı da tənqid edib. “Biz hələ seçki günündən əvvəl bu seçkilərin legitimliyi ilə bağlı sualların olduğunu bildirirdik”, – deyə deputat vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, Moskva ilə İrəvan arasında əlaqələr davam edəcək. Lakin bu, Rusiyanın Ermənistanda keçirilmiş seçkiləri legitim hesab etməsi anlamına gəlmir. “De-yure ilə de-fakto arasında fərq var. Düşünürəm ki, cənab Paşinyan bunu yaxşı anlayır”, – deyə Zatulin əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR