İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı ağır qəzada ölənlərin və yaralananların KİMLİYİ BİLİNDİ

1516 24.04.2025 10:00 Hadisə A A

Ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi müəyyənləşib.

Lökbatan-Puta yolunda Ramin Məlikovun idarə etdiyi “Lada Priora” və Sultan Sultanlının sürdüyü “Hyundai” markalı avtomobillərin toqquşduğu məlum olub.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Məlikova Vəsfiyyə Yasin qızı və Rüstəmov Hacıalı Adil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki sürücü və digər sərnişinlər – Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır./Qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR