İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzində yarım milyonluq qəza - FOTOlar VİDEO

1421 19.04.2024 08:03 Hadisə A A

Bakının Xətai rayonunda ağır yol qəzası qeydə alınıb.

Qəza Yusif Səfərov küçəsində baş verib.

"Mercedes Maybach" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan "Leap Motors C11" markalı maşına çırpılıb.

Zərbənin təsirindən "Maybach" deformasiyaya uğrayıb, "Leap Motors"da olan sərnişin xanım xəsarət alıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

"Maybach" markalı maşının sürücüsü alkoqol sərxoşluğunun yoxlanılması məntəqəsinə aparılıb. (APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR