İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya heyranlığını bu fotolarla göstərdi

711 10.06.2026 15:05 Şou-biznes A A

Ukraynalı müğənni, aktrisa və teleaparıcı Vera Brejneva yenidən Bakıya olan sevgisini nümayiş etdirib.

Musavat.com xəbər verir ki, sənətçi paytaxtın ən sevilən məkanlarından olan İçərişəhər və Dənizkənarı Bulvar ərazisində gəzintiyə çıxıb. Brejneva şəhərin tarixi və müasir simasını əks etdirən görüntülər lentə alaraq onları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Paylaşım qısa müddətdə pərəstişkarlarının diqqətini cəlb edib. Müğənninin Bakının qədim küçələrində və Xəzər sahilində çəkdiyi videolar çoxsaylı bəyənmə və şərhlər toplayıb. İzləyicilər paytaxtın gözəlliyini vurğulayaraq sənətçiyə xoş sözlər ünvanlayıblar.

Qeyd edək ki, Vera Brejneva bir müddət əvvəl Bakıda keçirilən dəbdəbəli toy məclislərindən birində səhnəyə çıxaraq qonaqlar üçün sevilən hitlərini səsləndirib. Sənətçinin Azərbaycanla bağlı paylaşım etməsi də məhz bu səfərin davamı kimi qiymətləndirilir.

Bundan əlavə, yaxın günlərdə müğənninin Bakıda konsert proqramı ilə çıxış edəcəyi gözlənilir. Sənətçinin paytaxtdan etdiyi son paylaşım isə onun şəhərdə keçirdiyi vaxtdan məmnun qaldığını bir daha nümayiş etdirib.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR