İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden dövründə ABŞ-a gələn bütün Əfqanıstan vətəndaşları yoxlanacaq

683 27.11.2025 08:27 Dünya A A

ABŞ hakimiyyəti keçmiş ABŞ prezidenti Co Baydenin dövründə ölkəyə daxil olan bütün Əfqanıstan vətəndaşlarını yoxlayacaq.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Vaşinqtonda baş verən atışmadan sonrakı çıxışında açıqlayıb. ABŞ prezidenti şübhəlinin 2021-ci ilin sentyabrında sələfinin administrasiyası dövründə ABŞ-a daxil olduğunu bildirib: "İndi Baydenin dövründə Əfqanıstandan ölkəmizə gələn hər kəsi yoxlamalıyıq". O, vurğulayıb ki, Amerika administrasiyası ölkəni sevməyən və ona töhfə verməyən bütün miqrantları "qovmaq üçün lazım olan hər şeyi edəcək".

Tramp Baydeni "ABŞ tarixindəki ən pis prezident" adlandırıb və bildirib ki, Vaşinqtonda Milli Qvardiya qoşunlarına edilən hücum qanunsuz immiqrant axınının "milli təhlükəsizliyə ən böyük təhdidə" çevrildiyini göstərir: “Əvvəlki administrasiya dünyanın hər yerindən, tanımadığınız yerlərdən 20 milyon naməlum və yoxlanılmamış əcnəbinin bu ölkəyə daxil olmasına icazə vermişdi. Heç bir ölkə belə bir mövcudluq təhlükəsinə dözə bilməz”. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR