İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayraktar Kızılelma – Aviasiya tarixində ilk: Türkiyə PUA-sı səsdən sürətli hədəfi məhv etdi

884 01.12.2025 04:11 Dünya A A

Türkiyənin “Baykar” şirkətinin hazırladığı ağır zərbə-savaş PUA-sı Bayraktar Kızılelma sınaqlar zamanı aviasiya tarixində ilk dəfə görüş xəttindən kənarda yerləşən səsdən sürətli hava hədəfini məhv edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Musavat.com xəbər verir ki, açıqlamada bildirilir: Kızılelma hədəfi təxminən 50 km məsafədə bortunda quraşdırılan MURAD AESA radarı vasitəsilə aşkarlayıb. Aşkarlamadan dərhal sonra PUA uzaqmənzilli “hava-hava” raketini işə salaraq hədəfi dəqiq zərbə ilə vurub.

Məlumata görə, Kızılelmanın aşağı radiolokasiya görünürlüğü və müasir sensor sistemi onun hava məkanında rəqibi daha tez müəyyən etməsinə şərait yaradır. Bu imkan isə döyüş ssenarisində “ilk görən – ilk vuran” üstünlüyünü gücləndirən əsas faktorlardan biri kimi qiymətləndirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR