İnsanlara hürriyət, millətlərə istiqlal!

Belqorod qubernatoru sakinləri bölgəni tərk etməyə çağırdı

702 13.01.2026 14:52 Dünya A A

Belqorod vilayətinin qubernatoru sakinləri bölgəni tərk etməyə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Belqorod vilayətinin hakimiyyət orqanları bütün evləri ehtiyat mənbələrdən elektrik enerjisi ilə təmin edə bilməməsi səbəbindən təxliyə planı hazırlayır.

Vilayət qubernatoru Vyaçeslav Qladkov bildirib ki, ehtiyat enerjisi bütün çoxmənzilli binaları, fərdi evləri və müəssisələri tam təchiz etmək üçün kifayət deyil. O, əlavə edib ki, buna görə də bölgə "mürəkkəb fövqəladə hal" halında təxliyə planı hazırlayır.

“Mümkünsə, uşaqları qohumların yanına köçürək, istilik və elektrik enerjisi olan yerlərə aparaq. Əgər imkan yoxdursa, həmişə olduğu kimi, sizin yanınızdayıq", - deyə qubernator bildirib.

Yanvarın 8-də Ukrayna ordusunun Belqoroda dron hücumundan sonra vilayətin elektrik şəbəkəsinə ciddi ziyan dəyib və təxminən 600.000 sakin elektriksiz qalıb.

4 ilə yaxındır ki, Ukraynanın Rusiyaya yaxın vilayətləri də eyni vəziyyətdədirlər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR