İnsanlara hürriyət, millətlərə istiqlal!

Benziadan İsveçlə oyunda qol və qol ötürməsi - Video

1190 11.06.2025 04:09 İdman A A

"Qarabağ"la müqaviləsi başa çatan və komandadan ayrılan Yassin Benzia Əlcəzair millisində növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İsveçlə yoldaşlıq matçında bir qol vurub və bir qol ötürməsi edib.

Benzia 60-cı dəqiqədə - Əlcəzairin hesabda 0:4 geridə olduğu vaxt meydana çıxıb. O, cəmi 4 dəqiqə sonra Bennaserə qol ötürməsi verib, 71-ci dəqiqədə isə özü hesab arasında fərqi azaldıb. Son dəqiqədə Əlcəzair daha bir qol vursa da, məğlubiyyətdən qaça bilməyib - 3:4.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR