İnsanlara hürriyət, millətlərə istiqlal!

5300 illik insan cəsədinin içindən çıxan yaşayırmış

901 06.06.2026 23:07 Ölkə A A

Alimlər qədim mumiyanın daxilindəki mikroorqanizmləri yenidən aktivləşdirməyə nail olublar.

Musavat.com xəbər verir ki, İtaliyanın Eurac Research tədqiqat mərkəzinin alimləri Alp dağlarında tapılmış məşhur “Buz adamı Ötzi”nin mumiyası üzərində apardıqları araşdırmalar zamanı maraqlı nəticə əldə ediblər.

Məlum olub ki, təxminən 5300 il yaşı olan mumiyanın daxilində qədim bağırsaq bakteriyaları və soyuğa davamlı maya göbələkləri bu günə qədər yaşayış qabiliyyətini qoruya bilib. Alimlər mikroorqanizmləri xüsusi şəraitdə saxladıqdan sonra onların adi çörək mayası kimi fəaliyyət göstərməyə başladığını müəyyən ediblər.

Araşdırma çərçivəsində əldə olunan qədim maya ilə xəmir hazırlanıb və xəmir bir sutka ərzində normal şəkildə qalxıb. Nəticədə alimlər həmin mayadan istifadə etməklə çörək bişirməyə nail olublar.

Tədqiqatçılar hesab edirlər ki, qədim mayalar gələcəkdə yalnız çörək istehsalında deyil, pivə və digər fermentləşdirilmiş məhsulların hazırlanmasında da istifadə oluna bilər.

Qeyd edək ki, “Buz adamı Ötzi”nin mumiyası 1991-ci ildə Alp dağlarında aşkar edilib. Aparılan araşdırmalar onun Mis dövründə yaşadığını və təxminən 5,3 min il əvvəl həyatını itirdiyini göstərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR