Rusiyalı alimlər Yakutskda aparılan real sınaqlar zamanı polimer əsaslı istilik izolyasiyasının yüksək effektivliyini təsdiqləyiblər.
Musavat.com xəbər verir ki, araşdırmanın nəticələrinə görə, keyfiyyətli fasad izolyasiyası elektrik enerjisi xərclərini 4 dəfədən çox — 404%-dək azaltmağa imkan verir. Müqayisə üçün bildirilir ki, izolyasiya olunmayan binalarla fərq xüsusilə kəskindir.
Mütəxəssislər paralel olaraq materialları iqlim kamerasında ekstremal temperatur dəyişmələri şəraitində də sınaqdan keçiriblər. Nəticələr göstərib ki, müasir polimer materiallar, xüsusilə polistirol, bu cür yüklənmələrə ən azı 50 il davam gətirə bilir.
Araşdırmada vurğulanır ki, polistirol əsaslı fasad istilik izolyasiya sistemləri yanğın təhlükəsizliyi baxımından yüksək K0 sinfinə malikdir. Qeyd olunur ki, Avropada sərt ekoloji normalara baxmayaraq, 10 fərdi evdən 8-i məhz bu tip materiallarla izolyasiya edilib.
Mövzu ilə bağlı Rusiya Polimer Enerji Effektivliyi Texnologiyaları Assosiasiyasının eksperti Denis Bobrişov bildirib:
“Fasad istilik izolyasiya sistemlərinin tətbiqi gələcək ev sahiblərinin xərclərini optimallaşdırmaq və onlar üçün komfortlu yaşayış şəraiti yaratmaq istəyən tikinti şirkətləri və layihəçilər üçün optimal həll ola bilər”.
Musavat.com






