İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir mənzili bir neçə nəfərə necə satırlar? – Dələduzlar bundan istifadə edirmiş

1155 16.12.2025 18:54 Sosial A A

“Bir mənzilin bir neçə şəxsə satılması halı son 10 ildə dəfələrlə azalıb. Keçmişdə istismara qəbul olunmamış binaların sayı həddindən artıq çox idi. Belə olan halda istismara qəbul aktı da olmurdu və mənzillərin alqı-satqısı müqavilə əsasında həyata keçirilirdi. Bundan da tikinti şirkətləri sui-istifadə edib mənzilləri bir neçə nəfərə satırdılar”.

Bunu Musavat.com-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. Onun sözlərinə görə, 2019-cu ildə imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmandan sonra vəziyyət tamamilə dəyişib:


“2019-2020-ci ildə ilə 400-500-ə yaxın bina istismara qəbul olunmağa başladı. Nəticədə bir mənzilin bir neçə nəfərə satılması kimi risklərin sayı azaldı. İndiki vəziyyətdə əsasən natamam binalarda bu kimi müqavilələr olur.

Hətta bina tikilib qurtarandan sonra 1-2 il ərzində onun istismara qəbul prosesi həyata keçirilir. Keçmişdə bu kimi dələduzların sayı əgər çox idisə, artıq 0-a düşüb. Son bir-iki il ərzində belə halların sayı 10 dəfədən çox azalıb. Yenə də vətəndaş bu kimi alqı-satqı edərkən, mütləq hüquqşünasların xidmətindən istifadə etməlidir.

Tikinti şirkəti zəmanət verməlidir ki, bundan öncə həmin mənzil başqa şəxslərə satılmayıb. Bu halda məsuliyyət birbaşa MTK-nın və ya tikinti şirkətinin üzərinə düşür”.


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR