İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biznesi böyüdə, iş yeri aça bilmirlər” – Deputatdan ÇAĞIRIŞ

782 21.04.2026 14:46 Gündəm A A

Deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı barədə fikirlərini bölüşüb. Musavat.com-un məlumatına görə, deputat əvvəlcə uğurlu səfər münasibətilə spikeri təbrik edib. Hesabatla bağlı danışarkən qeyd edib ki, Hesablama Palatasının fəaliyyətini yüksək qiymətləndirir: “Doğrudan da ciddi nöqsanlar aşkar olunur və onların aradan qaldırılması üçün təkliflər verilir. Belə təkliflərdən biri də zamanla mənim tərəfimdən irəli sürülmüşdü ki, korrupsiyaya qarşı effektiv mübarizə aparmaq və büdcə vəsaitləri hesabına investisiya qoyuluşunun, biznesin inkişafına daha ciddi töhfə verməsi üçün dövlət orqanlarının sifarişi ilə iş görən şirkətin fəaliyyəti də Hesablama Palatası tərəfindən yoxlanılmalıdır”.

Q.Həsənquliyev hesab edir ki, o zaman daha ciddi nöqsanlar aşkara çıxacaq: “Onlar nədən ibarətdir? Bəlli olacaq ki, dövlət orqanları bir çox hallarda vəsaitləri vaxtında həmin şirkətlərin hesabına köçürmürlər. O şirkətlər daha yüksək faizlərlə, (16 faiz və daha yüksək) kreditlər götürürməyə və gəlirlərin bir hissəsini banklara vermək məcburiyyətində qalırlar. Bəziləri müxtəlif formada borclanırlar, əmlaklarını satırlar ki, iş dayanmasın, davam etsin. Sonra vəsaitlərin bir hissəsi nağdlaşdırmaya və görülən işlərlə birbaşa əlaqədar olmayan xərclərə gedir. Buna görə də sahibkarlar çox az miqdarda gəlir əldə edə bilirlər. Hətta bəziləri işdən ziyanla çıxırlar”.
Deputat bu vəziyyətin yaratdığı problemlərə də diqqət çəkib: “Ona görə də bizneslərini böyüdə, yeni iş yerləri aça bilmirlər. Bütün bunların qarşısını almaq üçün yaxşı olardı ki, Hesablama Palatası il ərzində az - az yoxlama aparsın, daha az dövlət orqanlarında yoxlama keçirsin, amma yoxlama aparırsa, mütləq işi görən şirkətin də faəliyyəti yoxlanılsın. Bu halda, əmin edirəm ki, ölkədə həm korrupsiyaya qarşı mübarizə güclənəcək, həm büdcə vəsaitləri səmərəli istifadə olunacaq, həm də nəticələr daha effektli olacaq”.


E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR