İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşanma savaşının sonu: keçmiş ər “Mercedes”i ortadan ikiyə böldü

116 20.06.2026 01:26 Dünya A A

Lüks avtomobil uğrunda mübahisə gözlənilməz sonluqla nəticələnib.

Musavat.com xəbər verir ki, Moskvada 53 yaşlı iş adamı ilə 25 yaşlı keçmiş həyat yoldaşı arasında bahalı “Mercedes-Benz SL” kabrioleti ilə bağlı yaşanan mübahisə maraqlı hadisəyə çevrilib.

Məlumata görə, kişi avtomobili özündə saxlamaq və keçmiş həyat yoldaşına onun dəyərinin yarısını ödəmək istəyib. Lakin qadın maşının tam şəkildə ona verilməsində israr edib və avtomobilin vaxtilə ona hədiyyə edildiyini bildirib.

Tərəflər arasında razılıq əldə olunmadıqdan sonra iş adamı avtomobili xüsusi alətlərlə iki bərabər hissəyə kəsdirib. Nəticədə həm kişi, həm də qadın “Mercedes”in bir hissəsinə sahib olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR