İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bozo” Bağçalıya cavab verdi VİDEO

3024 20.02.2026 13:58 Şou-biznes A A

“Yeraltı” serialının son bölümündə Dövlət Bağçalıya jest edilib.

Musavat.com xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı serialın baş rol ifaçılarından Uraz Kaygılaroğluna zəng etdiyini açıqladıqdan sonra ekran işinin yeni seriyasında buna işarə kimi qiymətləndirilən səhnə yer alıb.

Serialın son bölümündə Kaygılaroğlunun canlandırdığı “Bozo” obrazı vasitəsilə Bağçalıya jest edildiyi bildirilib. Səhnədə “Bozo” obrazının “Tam ümidimi itirmişdim. Gördüm, gördüm bir dövlət var. Amma gizli, amma dərin bir dövlət var” sözləri Dövlət Bağçalıya ünvanlanan mesaj kimi şərh olunub.

“Now TV”də yayımlanan “Yeraltı” serialında “Bozkurt Hanoğlu” obrazını canlandıran Uraz Kaygılaroğlu ilə danışdığını bildirən Bağçalı sosial şəbəkə hesabında yazmışdı:

“Bu gün “Now TV”də yayımlanan “Yeraltı” serialının baş rol ifaçılarından Uraz Kaygılaroğlu ilə telefonla danışdım. Türk gəncliyinin pis vərdişlərdən uzaq durması istiqamətində apardıqları uğurlu yayım və nümunəvi ssenarinin ekranlara daşınmasından məmnunluğumu ifadə etdim. Qəbul edəcəkləri təqdirdə onlara bozqurd tablosu hədiyyə etmək istədiyimi bildirərək bütün heyətə uğurlar arzuladım”.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR