Böyük Britaniya ukraynalı təlimatçılara döyüş helikopterlərini idarə etmək təliminə başlayıb.
Musavat.com Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, ukraynalı pilotlar hazırda Böyük Britaniyanın hava bazasında helikopter təlimatçısı olmaq üçün təlim keçirlər:
“Bu, Britaniyanın Ukraynaya ilk dəfə helikopter təlimatçısı təlimi təklif etməsidir. Məzunlar Ukrayna hərbi pilotlarının yeni nəslini yetişdirəcəklər".
Nazirlik həmçinin qeyd edib ki, London Ukraynaya enerji dəstəyi və onun elektrik şəbəkəsinin bərpası üçün əlavə 20 milyon funt sterlinq (27 milyon dollar) ayıracaq. Bundan əlavə, Britaniya hökuməti hərbi əməliyyatlardan zərər çəkmiş Ukrayna bölgələrinin sakinlərinə humanitar yardım üçün 5,7 milyon funt sterlinq (7,7 milyon dollar) ayırdığını açıqlayıb.
Musavat.com






