İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsseldən İrəvana təcili missiya: seçkiləri qorumaq üçün yeni addım

707 16.03.2026 23:30 Dünya A A

Avropa İttifaqı Ermənistanın müraciəti əsasında ölkəyə hibrid təhlükələrə qarşı mübarizə aparmaq üçün sürətli reaksiya qrupu göndərməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas açıqlama verib.

Onun sözlərinə görə, missiyanın məqsədi Ermənistanda keçiriləcək seçkilər ərəfəsində mümkün kiberhücumların, dezinformasiya kampaniyalarının və digər hibrid təhdidlərin qarşısını almağa kömək etməkdir.

Bildirilib ki, Aİ-nin göndərəcəyi qrup yerli qurumlarla birgə çalışacaq və seçki infrastrukturu, informasiya təhlükəsizliyi və kibermüdafiə sahələrində dəstək verəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR