İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! Amerika ELAN ETDİ: münaqişə BİTDİ, Putin HƏRƏKƏTƏ KEÇDİ, Trampdan ŞOK GEDİŞ

2407 26.11.2025 13:07 Gündəm A A

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun gələn həftə Moskvaya səfər etməsi ilə bağlı ilkin razılıq əldə edilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, “Uitkoffla birlikdə Ukrayna məsələləri ilə bağlı administrasiyadan bir sıra nümayəndələr də olacaq”.

Uşakov qeyd edib ki, Rusiya ilə ABŞ arasında münasibətlər inkişaf edir, lakin proses çətindir.

"Münasibətlər formalaşır, amma asan olmur. Bu, əsasən belə kontaktlar, o cümlədən telefon danışıqları vasitəsilə baş verir", - o vurğulayıb.

Ukraynadakı münaqişənin ilin sonuna kimi həll oluna biləcəyinə inanıram.

Publika.az xəbər verir ki, bu fikri NATO-nun baş katibi Mark Rutte “El Pais” nəşrinə deyib.

O, əvvəlcə suala müsbət cavab versə də, sonradan əlavə edib ki, nəyisə proqnozlaşdırmaq çətindir.

“Bu barədə proqnoz vermək həmişə çətindir, lakin mən səmimi qəlbdən ümid edirəm ki, tezliklə sülh gələcək”, - O, öz nöqteyi-nəzərini belə bölüşüb.

Ruttenin sözlərinə görə, Cenevrə danışıqlarından sonra daha bir neçə görüşə, həmçinin Avropa İttifaqı və NATO ilə müəyyən məsələlərin ayrı-ayrılıqda paralel müzakirəsinə ehtiyac var.

"Biz hələ ora çatmamışıq", - deyə o bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR