İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, bizim yarımkürəmizdir” – ABŞ-nin yeni doktrinası?

661 06.01.2026 00:25 Dünya A A

ABŞ Dövlət Departamenti son açıqlamasında “Bu, bizim yarımkürəmizdir” deyərək Qərb yarımkürəsi ilə bağlı mövqeyini ortaya qoydu.

Musavat.com bu ifadəni araşdırıb. Belə ki, sözügedən ifadə 1823-cü ildə prezident Ceyms Monro tərəfindən elan olunan “Monro doktrinası”nı xatırladır.

Monro doktrinasının əsas ideyası belə idi: Avropa dövlətləri Amerika qitəsindəki ölkələrin işlərinə qarışmamalıdır, ABŞ isə əvəzində Avropadakı münaqişələrə müdaxilə etməyəcək. Yəni, “Amerika amerikalılar üçündür” prinsipi ilə Qərb yarımkürəsi ABŞ-nin təsir dairəsi kimi qəbul edilirdi.

Tramp administrasiyasının bu bəyanatı isə o deməkdir ki, ABŞ öz regionunda liderliyini və təsir dairəsini qorumağa davam edir və xarici dövlətlərin Latın Amerikası və Karib bölgəsinə müdaxiləsini qəbul etmir. Mesaj aydındır: “Bizim təsir dairəmizdir, xarici qüvvələr qarışmasın”.

Belə çıxır ki, Trampın siyasətində Monro doktrinasının ruhu yenidən canlandırılır-ABŞ Qərb yarımkürəsində öz maraqlarını ön planda tutmaqda israrlıdır.

91d1414a-9c96-43d4-bec8-d371c68b1ee8.jpeg (130 KB)

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR