İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu da hazırlandı - İnsanyuyan maşın...

918 01.12.2025 10:23 Dünya A A

Yaponiya texnologiya şirkəti Science tərəfindən hazırlanmış insanyuyan maşın satışa çıxarılıb.

Musavat.com xəbər verir ki, musiqi ilə müşayiət olunan, bədən təmizliyi həyata keçirə bilən cihaz cəmi 50 ədəd istehsal olunacaq və 60 milyon yenə (təxminən 377 min dollar) başa gələcək.

Şirkət sözçüsü Saçiko Maekura tərəfindən "yalnız bədəni deyil, həm də ruhu təmizləyir" kimi təsvir edilən cihaz yuma zamanı musiqi çalır və istifadəçinin ürək döyüntüsü də daxil olmaqla əsas sağlamlıq məlumatlarını izləyir.

Əvvəlcə prototip kimi hazırlanmış cihaz sonradan "real istehsala" buraxılıb. Osakadakı bir hotel insanyuyan maşın alan ilk müştəri olub. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR