İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazidə qaz olmayacaq

697 25.09.2025 10:43 Ölkə A A

Sabah Cəlilabad rayonunda 3 min abonentin qazla təchizatında fasilə yaranacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, fasilə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olacaq.

Bununla əlaqədar Cəlilabadın rayon mərkəzində qaz tənzimləyici məntəqəsindən qidalanan H.Əliyev prospekti, A. Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q. İsmayılov, F. Əhmədov, M. F. Axundov, Sabir, Babək, S. Axundov, Ş. Qurbanov, H. Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V. Niftullayev, D. Qorqud, V. Mürsəlov və S. Vurğun küçələrini əhatə edən ümumilikdə 3 min abonentin qaz təchizatı sentyabrın 26-da saat 10:00-dan işlər yekunlaşana qədər müvəqqəti dayandırılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR