İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il ADY-yə məxsus dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb

298 09.06.2026 12:48 Ölkə A A

Cari il ərzində ADY-yə məxsus dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

Musavat.com xəbər verir ki, Səhmdar Cəmiyyətə istinadən bildirir ki, ADY təhlükəsizlik dəyərini öndə tutaraq gün ərzində qatarlardan istifadə edən 50 minə yaxın sərnişinin, həmçinin dəmir yolu infrastrukturu ətrafında yaşayan yüz minlərlə insanın təhlükəsizliyinə xüsusi önəm verir.

Bu məqsədlə mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində görüşlər keçirilir, sosial media üzərindən müvafiq təhlükəsizlik mesajları geniş auditoriyaya çatdırır. Eyni zamanda, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi, yol nişanlarının yenilənməsi və vizual məlumatlandırmanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR