İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu klub "Qarabağ"ın futbolçusu üçün skaut göndərib

2479 24.10.2025 13:25 İdman A A

"Panatinakos" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç üçün israrını davam etdirir.

Onlar Ağdam təmsilçisinin "Atletik"lə matçına öz skautlarını göndəriblər.

Yunanıstan klubu bir ilə yaxındır monteneqrolu futbolçunu yaxından izləyir. "Yaşıllar" bu yay onu transfer etmək istəsə də, Yankoviç bu təklifi geri çevirib. Lakin onların israrı davam edir.

Qeyd edək ki, 30 yaşlı futbolçunun "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləsi var.  (azerisport.com)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR