İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qarışımı içsəniz, qışda heç xəstələnməyəcəksiniz – MÖCÜZƏDİR

1012 15.12.2025 14:13 Səhiyyə A A

Qış mövsümündə H3N2 qripi, Covid, RSV və rinovirus kimi infeksiyalar geniş yayılıb.

Musavat.com xəbər verir ki, The Telegraph qəzeti Böyük Britaniyanın sahəsində tanınmış 5 mütəxəssisindən xəstələnəndə hansı qidalarla özlərini qoruduqlarını soruşub. Cavablar göstərir ki, əsas sirr sadə, isti və immuniteti dəstəkləyən qidalardadır.

Qidalanma araşdırmaları üzrə mütəxəssis Dr. İdris Muğa bildirir ki, “super qida” anlayışına inanmır. Onun əsas seçimi enerji və mayeni yüksək saxlayan toyuqlu qarğıdalı şorbasıdır. Boğaz ağrısı zamanı bal qatılmış ilıq nanə çayı içir, mədə zəifləyəndə isə yüngül dənli gevrek və qaynadılmış yumurtaya üstünlük verir.

Təqaüddə olan döş xərçəngi cərrahı Dr. Liz O’Riordan xəstələnən kimi isti meyvə şirələri və hazır smuzilər içdiyini deyir. C vitamini üçün portağal və alma yeyir, bağırsaqlar üçün isə evdə hazırladığı turş mayalı çörəyi seçir. Ona görə rahatladıcı yeməklər sağalma prosesində mühüm rol oynayır.

Qastroenteroloq Dr. Alan Desmond immunitetin 70 faizinin bağırsaqlarda yerləşdiyini xatırladır. O, tərəvəz suyu ilə bişirilmiş mərcimək və kök şorbalarına, zəncəfil, zərdəçal və qara bibər kimi ədviyyatlara üstünlük verir. Dr. Desmond hesab edir ki, toyuq şorbasının faydası da əsasən içindəki tərəvəz və ədviyyatlardan gəlir.

Ailə həkimi Dr. Filippa Key xəstəlik zamanı vəziyyətinə uyğun olaraq aşağı lifli qidalar – ağ çörək, ağ düyü və alma püresi yediyini deyir. O, limonlu və ballı içkilərin həm enerji verdiyini, həm də psixoloji rahatlıq yaratdığını vurğulayır.

İmmunologiya üzrə mütəxəssis Dr. Jenna Maçoki üçün qışın vazkeçilməzi müxtəlif şorbalardır. O, soğan, sarımsaq, kök və otlarla hazırlanmış ev üsulu toyuq suyunu, həmçinin mürver şərbətini tövsiyə edir. Onun sözlərinə görə, mürver C vitamini və flavonoidlər baxımından zəngin olub soyuqdəyməyə qarşı təsirlidir.

Mütəxəssislər yekdilliklə bildirir ki, qış boyunca isti şorbalar, təbii içkilər və bağırsaq dostu qidalar immuniteti gücləndirir və xəstələnmə riskini azaldır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR