ABŞ Senatının çoxluq lideri Çak Şumer bildirib ki, Tramp administrasiyasının Venesuela hava məkanını bloklamaq qərarı ölkəni “yeni və bahalı xarici müharibəyə” yaxınlaşdırır.
Musavat.com xəbər verir ki, Şumerin sözlərinə görə, bu addım bölgədə gərginliyi kəskin şəkildə artırır və ABŞ-ın hərbi qarşıdurmaya sürüklənməsi real təhlükəyə çevrilir. O qeyd edib ki, belə riskli xarici əməliyyatlara yalnız Konqres icazə verə bilər:
“Bu, ABŞ-ı daha bir ağır və bahalı xarici müharibəyə yaxınlaşdırır. Belə qərarlar prezident tərəfindən təkbaşına verilə bilməz — buna yalnız Konqres səlahiyyətlidir".
Şumer həmçinin vurğulayıb ki, Vaşinqton Latın Amerikasında yeni eskalasiyaya gedərsə, bunun siyasi, iqtisadi və hərbi nəticələri ABŞ üçün son dərəcə ağır ola bilər.
Venesuela rəhbərliyi isə hava məkanının bloklanmasını ABŞ tərəfindən “aqressiv təxribat” kimi qiymətləndirib və öz növbəsində cavab tədbirləri görülə biləcəyini bəyan edib.
Musavat.com






