İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu sənət mənə xəstəliklər qazandırdı"

2851 19.09.2025 14:24 Şou-biznes A A

"İnsan ömrü boş yaşanmamalıdır. Nəyəsə həsr etməlisən. Gənc yaşlarımızda özümüzü qorumuruq, fəda edirik. Yaşlanıb, ağrı qazandıqca başa düşürsən".

Bu sözləri Əməkdar artist Hicran Nəsirova "Mədəniyyət TV"də qonaq olarkən deyib.

Aktrisa sənətdə qazandığı xəstəliklərdən danışıb:

"Özümü teatra, sənətə həsr etdim. Bu sənətdən xəstəliklər qazandım: ürək ağrılarım, sınıqlar, yaralar. Bu sənətə gələndə ailəmdə narazılıq var idi. Anamın qorxusu o idi ki, ailəm olmaz. Söz verdim ki, sənətim də, ailəm də olacaq. Çox əziyyətli idi, amma etdim". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR