İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu universitetdə yataqxana bağlandı - SƏBƏB

1450 11.09.2025 17:37 Sosial A A

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası müvəqqəti olaraq bağlanıb.

Bu barədə Musavat.com-un sorğusuna cavab olaraq universitetdən bildirilib.

Qeyd edilib ki, bu qərar binada aparılan texniki baxış zamanı aşkarlanan infrastruktur problemlərinin aradan qaldırılması məqsədilə qəbul edilib.

“Məqsəd tələbələrin təhlükəsizliyini təmin etmək və onların gələcəkdə müasir standartlara uyğun şəraitdə qalmasını təmin etməkdir. Təmir müddətində tələbələrin yaşayışla bağlı problemlərinə dəstək məqsədi komisiya yaradılıb”, -deyə qeyd edilib.


Şahanə Rəhimli
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR