İnsanlara hürriyət, millətlərə istiqlal!

Budanovdan həyəcan siqnalı: Rusiya 2027-ci ildə Avropaya hücuma hazırlaşır

749 20.12.2025 11:47 Dünya A A

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Rusiyanın Avropaya qarşı mümkün hərbi planları ilə bağlı sərt xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Moskva əvvəlcə NATO ölkələrinə birbaşa təcavüzü 2030-cu ilə planlaşdırsa da, sonradan bu planları yenidən nəzərdən keçirərək hücum tarixini 2027-ci ilə çəkib.

Budanov bildirib ki, ehtimal olunan ilk hədəflər Baltikyanı ölkələr – Litva, Latviya və Estoniya olacaq. Onun iddiasına görə, Rusiya bu ölkələrə qarşı birbaşa hərbi əməliyyatlara başlaya bilər.

Eyni zamanda Budanov qeyd edib ki, Polşanın işğalı Moskvanın planlarına daxil deyil, lakin bu ölkə raket və digər hərbi zərbələrin hədəfi ola bilər. Onun sözlərinə görə, Kremlin strategiyası tammiqyaslı işğaldan daha çox regionda qorxu və qeyri-sabitlik yaratmağa yönəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR