İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya baş naziri yeni partiya quran Özgür Özələ məktub yazdı – bu sözləri dedi

286 25.07.2026 04:33 Dünya A A

İspaniyanın Baş naziri Pedro Sançes Özgür Özələ ünvanladığı məktubda yeni partiyanın yaradılması qərarını yüksək qiymətləndirib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Sosialist İnternasionalının prezidenti qismində Pedro Sançesin imzası ilə göndərilən məktubda Özgür Özəlin şəxsi maraqları ümumi mənafedən üstün tutmayaraq cəsarətlə hərəkət etdiyi vurğulanıb.

Məktubda yeni partiyanın yaradılması əsas prinsiplərin pozulduğu bir dövrdə zəruri addım kimi qiymətləndirilib.

Bundan əlavə, məktubda deyilir: “Bu cəsarətli qərar ortaq dəyərlərimiz uğrunda mübarizə aparan hər kəsə ümid verir və onları hərəkətə gətirir.”

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR