Aparıcı Zaur Kamal dəvət olunduğu proqramlara getməməsinin səbəbini açıqlayıb.
Bu barədə o, "Həmin Zaur" verilişində oğlu Bartunun "Atasısifət" rubrikasında suallarına cavab verərkən danışıb.
"Heç bir verilişə getmirəm. Çünki həmişə sualları mən verirəm. Amma dəvət aldığım verilişdə özümü narahat hiss edirəm. Onda elə bil ki, öz qabımda olmuram. Ona görə də verilişlərə getmirəm. Buna görə digər aparıcılar məndən inciməsin" deyə, Zaur bildirib. (Axşam.az)






