İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbhədə sarsıdıcı xəbər: Rusiya Könüllü Korpusunun qurucusu Denis Kapustin öldürülüb

1215 27.12.2025 10:47 Dünya A A

Ukrayna tərəfində döyüşən Rus Könüllü Korpusu (RDK) qurucusu və komandiri Denis Kapustinin həlak olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, Birliyin yaydığı rəsmi bəyanatda bildirilir ki, Denis “WhiteRex” ləqəbi ilə tanınan Kapustin Zaporojye istiqamətində, döyüş tapşırığını yerinə yetirərkən gecə saatlarında ölüb. İlkin məlumata görə, o, dron zərbəsi nəticəsində həlak olub.

“Bu gecə Zaporojye cəbhə xəttində döyüş tapşırığının icrası zamanı komandirimiz Denis ‘WhiteRex’ Kapustin qəhrəmancasına həlak olub. İlkin ehtimala əsasən, dron zərbəsi qeydə alınıb. Hadisənin detalları dəqiqləşdirilir və əlavə məlumatlar daha sonra açıqlanacaq”, – deyə RDK-nın bəyanatında qeyd olunub.

Qeyd edək ki, “Rus Könüllü Korpusu” Ukrayna Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən könüllü silahlı birləşmə kimi təqdim olunur və iddialara görə yalnız Rusiya vətəndaşlarından ibarətdir.

Rusiya Federasiyasında isə RDK terror təşkilatları siyahısına daxil edilib və qurumun fəaliyyəti qadağandır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR