İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbrayılda əhali üçün səyyar müayinələr keçirildi - FOTOLAR

414 14.11.2025 14:28 Ölkə A A

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

Bu barədə Musavat.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Növbəti belə tədbir noyabrın 14-ü baş tutub. Nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədən artroloq, nevroloq, terapevt, pediatr, dermatoveneroloq, ginekoloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən Cəbrayıl rayonunda əhali üçün səyyar müayinələr keçirilib.

Aksiya çərçivəsində sakinlər arasında nevroloji, artroloji, dermatoloji, ginekoloji, fizioterapevtik, pediatrik reabilitasiya istiqamətlərində müayinələr aparılıb. Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (Elektromioqrafiya) və müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, dəri- zöhrəvi, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 16-65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası, habelə 14 yaşa qədər uşaqlara pediatr baxışı üzrə müayinələr aparılıb.
Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqlar tərəfindən profilaktik tövsiyələr verilib.

Bildirilib ki, fizioterapiya zamanı yaş, əsas və yanaşı gedən xəstəliklər və həyat fəaliyyəti nəzərə alınmalıdır.

Eyni zamanda, medikamentoz terapiya ilə yanaşı, fizioterapiyanın həm təbii, həm də süni fiziki faktorlarını fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına köməklik etdiyi diqqətə çatdırılıb.

Aksiya zamanı 220-ə yaxın vətəndaş müayinələrdən keçirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

A healthcare professional examines a patient's leg while two others observe in a clinical setting.

A woman in a white coat assists another woman with her arm raised in a bright room, featuring flags on a table and a playground visible outside.

A doctor in a white coat consults an elderly woman in a medical office, with medical equipment and flags visible on the table.

A doctor examines a child lying on a bed, using a stethoscope in a well-lit room.

A man sits on a medical examination table while a woman in a white coat attaches monitoring equipment to his wrist. Another woman observes.

A healthcare professional in a white coat examines an elderly woman seated, in a clinical setting.

A doctor in a white coat consults an elderly woman and a child in a medical office, with flags on the table.

A healthcare professional is administering a vaccine to a young boy in a clinic setting.

A healthcare professional checks a patient's blood pressure in an office setting, with an Azerbaijani flag on the desk.

A woman in a white coat sits at a table with an elderly man, discussing documents. A water bottle and masks are on the table.

A doctor in a white coat writes at a table with medical supplies, while two women observe, one holding a flag.

Three women in white coats are engaged in a discussion at a table, with a playground visible outside the window.

A medical consultation scene with two women at a table, one in a white coat discussing with the other, in a well-lit room.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR