Rusiya nümayəndə heyəti fevralın 17-də səhər tezdən Cenevrəyə gedəcək.
Musavat.com-un məlumatına görə, bu barədə məlumatlı mənbə TASS-a bildirib.
“Onlar səhər saat 5-6-da gəlirlər və çərşənbə günü axşam yola düşürlər. Hələlik belədir, amma hər şey dəyişə bilər", - mənbə əlavə edib.
Qeyd edək ki, Rusiya Ukrayna danışıqlarının növbəti raundunun Cenevrədə keçirilməsi gözlənilir. Bundan əvvəl tərəflər Əbu-Dabidə, ABŞ-nin vasitəçiliyi ilə bir araya gəlmişdilər.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, 17-18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində Kiyev, Vaşinqton və Moskvanın iştirakı ilə keçiriləcək üçtərəfli sülh danışıqları, BƏƏ-nin Əbu-Dabi şəhərindəki əvvəlki raundlardan daha geniş məsələləri əhatə edəcək.
Bildirilir ki, Cenevrədə Rusiya, ABŞ və Ukraynanın iştirak etdiyi üçtərəfli danışıqlar bağlı qapılar arxasında, medianın iştirakı olmadan keçiriləcək.
Musavat.com






