Cənubi Koreyanın prezidenti Li Çje Myon Seul ilə Pxenyan arasında birbaşa rabitə xəttinin bərpasını təklif edib.
Musavat.com xəbər verir ki, o, bunun Koreya yarımadasında hərbi insidentlərin qarşısını almaq və tərəfləri dialoqa qaytarmaq üçün vacib olduğunu bildirib.
Prezident qeyd edib ki, yığılıb qalmış problemlərin müzakirəsinə başlanması, eləcə də ekologiya, təhlükəsizlik və səhiyyə sahələrində birgə layihələrin mərhələli şəkildə işə salınması Koreyalar arasında gərginliyin azaldılmasına kömək edə bilər.
Seulun təklifi Şimal–Cənub münasibətlərində gərginliyin yüksək olduğu bir dövrdə irəli sürülüb.
Musavat.com






