İnsanlara hürriyət, millətlərə istiqlal!

Çernobıl AES-də təhlükəli vəziyyətlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

546 13.12.2025 16:13 Dünya A A

Çernobıl Atom Elektrik Stansiyasının qəza keçirmiş blokunda aparılan söküntü işləri sarkofaqın bütövlüyünün pozulması səbəbindən qismən dayandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) baş direktoru Rafael Qrossi bildirib.

yA0nm4czBSerz7dqAJwRmO0sDqsuHpbTDUxIy76J_825.jpg (97 KB)

Onun sözlərinə görə, sarkofaqın etibarlı qorunması təmin olunmadan koriomla (reaktorun ərimiş daxili maddələri) və aktiv zonanın qalıqları ilə işləmək həm insanlar, həm də texnika üçün ciddi təhlükə yaradır.

Hazırda mütəxəssislər ərazidə vəziyyəti ətraflı qiymətləndirir.

Qeyd edək ki, 2025-ci ilin fevralında PUA zərbəsi nəticəsində məhv edilmiş blokun üzərindəki sarkofaq əsas təhlükəsizlik funksiyalarının bir hissəsini itirib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR