İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov Stefan Dauti ilə GÖRÜŞDÜ

340 04.12.2025 15:02 Siyasət A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa və Şimali Amerika, həmçinin Britaniyanın Dənizaşırı Əraziləri üzrə dövlət naziri Stefan Dauti ilə görüşüb.

Musavat.com Azərbaycan XİN-ə istinadən xəbər verir ki, görüş ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələri müzakirə olunub.

Tərəflər həmçinin, regional proseslər barədə fikir mübadiləsi aparıb və Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının inkişafı üçün mövcud imkanları dəyərləndiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR