İnsanlara hürriyət, millətlərə istiqlal!

CIA aylarla İran liderlərinin hərəkətlərini izləyib

954 01.03.2026 22:15 Gündəm A A

ABŞ kəşfiyyatının fəaliyyəti ilə bağlı yeni detallar üzə çıxıb.

Musavat.com xəbər verir ki, Associated Press nəşrinin yaydığı məlumata görə, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) son bir neçə ay ərzində İranın yüksək vəzifəli rəhbər şəxslərinin hərəkətlərini sistemli şəkildə izləyib.

Mənbələrin bildirdiyinə görə, kəşfiyyat strukturları İran liderlərinin səfər marşrutları, yerləşmə məkanları və təhlükəsizlik sxemləri barədə geniş məlumat toplayıb. Qeyd olunur ki, müşahidə prosesi regionda artan hərbi-siyasi gərginlik fonunda daha da intensiv xarakter alıb.

İddialara əsasən, əldə olunan məlumatlar Vaşinqtonun mümkün hərbi və siyasi qərarlarının hazırlanmasında istifadə olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR