Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi İrəvanın keçmiş meri və sabiq nəqliyyat və rabitə naziri Qagik Beqlaryanın saxlanıldığını elan edib.
Musavat.com xəbər verir ki, keçmiş yüksək rütbəli məmur rəsmi olaraq "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə" və "çirkli pulların yuyulması" maddələri ilə ittiham olunur.
Müstəntiqlər artıq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə rəsmi vəsatət qaldırıblar.
Qeyd edək ki, bu səs-küylü həbs dalğası birbaşa Ermənistanın Baş naziri Nikol Paşinyanın son çıxışından dərhal sonraya təsadüf edir.
Belə ki, həbsdən cəmi bir gün əvvəl İctimai Televiziyada yayımlanan seçkiqabağı debat zamanı Paşinyan korrupsiyaya bulaşmış bütün keçmiş məmurların mütləq şəkildə qanun qarşısında cavab verəcəklərini və cəzasız qalmayacaqlarını kəskin şəkildə bəyan etmişdi.
Musavat.com






