İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Təhlükəsizlik Şurasından Cənubi Qafqaza XƏBƏRDARLIQ

569 05.06.2026 14:28 Region A A

“Rusiya Avropa İttifaqı və ABŞ-nin Cənubi Qafqazda regional təhlükəsizlik məsələlərinin həlli prosesinə müdaxilə etmək cəhdlərindən təəccüblənir”.

Musavat.com bildirir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib. Şevtsov həmçinin "3+3" platformasının bütün iştirakçılarının regional təhlükəsizlik məsələlərinin həlli üçün "uzunmüddətli ehtiyacı" qeyd etmələrinə diqqət çəkib.

Onun sözlərinə görə, Ermənistan faktiki olaraq Ukraynanın 2013-2014-cü illərdə keçdiyi yolu təkrarlayır və İrəvanın da eyni yolu tutub oxşar vəziyyətə düşməməsi üçün "ciddi düşünmək" lazımdır. Bunu isə Şevtsov "Vesti"yə verdiyi müsahibədə deyib. O, bildirib ki, “Son vaxtlar həm Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin, həm də Belarus Prezidenti Aleksandr Qriqoriyeviç Lukaşenko Ermənistanın mahiyyət etibarilə 2013-2014-cü illərdəki Ukrayna təcrübəsini təkrarladığından danışırlar. Və burada Ukraynada baş verənlərin baş verməməsi üçün ciddi düşünməliyik”.

Maydan Nezhaleznosti ( Kyiv, 2014 ) : r/europe

Rusiya TŞ-nın rəsmisi Qərbin Cənubi Qafqazda təsirlərinin artmasından təşviş keçirdiklərini açıq şəkildə hiss etdirib. Xüsusən də Ermənistan üzərindən bu siyasətin yürüdülməsi Moskvanı həyəcanlandırır. Rusiya cəmi iki gün sonra Ermənistanda tamamilə yeni mərhələnin başlanmasından narahatdır. Çünki seçkilərin mövcud iqtidarın növbəti qələbəsi keçmiş forpost ölkənin Rusiya ilə bağlarının daha da qopmasına gətirib çıxaracaq. Şevtsov isə Ukraynanın 2014-ci ildə atdığı addımları xatırladır – Kiyev və ukraynalılar Avropanı seçirlər. Hətta “Ukraynada baş verənlərin baş verməməsi üçün ciddi düşünməliyik” xəbərdarlığı edir.

Rusiya Ermənistana təhdid notası verdi - erməni mer və səfir Rusiyaya  "genosid həmləsi" etdi... - Baki-Xeber.com

Yəni referendumun nəticələrinə əsasən ermənilər avrointeqrasiyanı dəstəkləyə bilər və Moskva bu seçimdən olduqca ciddi qorxu içindədir. Çünki Cənubi Qafqazda dayaqlarının tamamilə sarsılması qaçılmaz olacaq. Bununla da bütövlükdə postsovet məkanında “rus izi”nin silinməsi prosesi sürətlənə bilər. Bu isə imperiya zehniyyətini təhdid edir. Ona görə də Rusiya rəsmiləri növbəyə düzülərək son həftələrə elə gün yoxdur ki, İrəvana xəbərdarlıq etməsinlər, şantaj ritorikasında danışmasınlar. Xüsusən də seçkilərə lap az qalmış Kreml isterika içərisində olduğunu gizlədə bilmir.

Press conference of Director of the Armenian representation of Gallup  International, Aram Navasardyan - ARMENPRESS Armenian News Agency

Yeri gəlmişkən, səsverməyə iki gün qalmış – iyunun 5-də Ermənistandakı “GALLUP” sorğu mərkəzinin direktoru Aram Navasardyan mətbuat konfransında ictimai rəyin hazırkı mövqeyini açıqlayıb. Sorğunun nəticələrinə görə, Paşinyanın sədri olduğu Vətəndaş Müqaviləsi Partiyası 32,4 faizlə ən yüksək nəticəni əldə edib. Ondan sonra 16,4 faizlə "Güclü Ermənistan" siyasi qüvvəsi, 15,2 faizlə isə Ermənistan Alyansı gəlir. Qalan siyasi qüvvələrdən Çiçəklənən Ermənistan Partiyası 8,8 faiz, "Birlik Qanadları" təşəbbüsü isə 6,2 faiz səs toplayıb. Sorğu 2-3 iyun tarixləri arasında aparılıb və 1104 vətəndaş iştirak edib. Bütün hallarda favorit Paşinyanın partiyasıdır və 44 günlük müharibənin ardınca keçirilən növbədənkənar parlament seçkilərində olduğu kimi, bu dəfə də ermənilərin sülhə səs verəcəyi ehtimalı yüksəkdir. Bundan sonra Moskvanın addımları nə olacaq, onu artıq 8 iyun göstərər...


Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR