İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çin ağıllıdır, külək turbini istehsal edir, amma özü işlətmir" - Tramp

2645 21.01.2026 21:07 Siyasət A A

Donald Tramp Davosdakı Dünya İqtisadi Forumu çərçivəsində bir sıra mübahisəli açıqlamalar verib.

Musavat.com xəbər verir ki, onun çıxışında dünya iqtisadiyyatı, enerji siyasətləri və beynəlxalq münasibətlərə dair sərt fikirlər yer alıb. 

Tramp külək enerjisi sektoruna tənqidi yanaşaraq, külək türbinlərinin əksər hissəsinin Çin tərəfindən istehsal olunduğunu, amma Çinin bu texnologiyaları özündə istifadə etmədiyini bildirib. "Çin çox ağıllıdır. İstehsal edir, axmaq insanlara böyük sərvətlər qarşılığında satır, amma özü istifadə etmir",- deyə Tramp bildirib.  

Tramp Qrenlandiyanın təhlükəsizliyinin yalnız ABŞ-nin məsuliyyəti olduğunu vurğulayıb: "Amerika Birləşmiş Ştatları xaricində heç bir ölkə və ya ölkə qrupu Qrenlandiya təhlükəsizliyini təmin etməyə qadir deyil", -Tramp deyib. 

Tramp İsrailin baş naziri Benjamin Netanyahunun "Dəmir qübbə" müdafiə sistemi ilə bağlı özünə tərifləri mənimsəməsini tənqid edib. "Dəmir qübbə bizim texnologiyamızdır" deyə Tramp Netanyahuya qarşı sərt reaksiya verib.

Könül, Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR