Çin ilk dəfə olaraq dünyanın ən böyük pilotsuz uçuş aparatını – “dron-aviadaşıyıcısı” adlandırılan nəhəng PUA platformasını sınaq uçuşuna buraxıb.
Musavat.com xəbər verir ki, bu aparat eyni anda bir neçə dronu göyərtəsində daşıyıb havaya qaldırmaq və idarə etmək imkanına malikdir.
Rəsmi mənbələr bildirir ki, yeni sistem genişmiqyaslı kəşfiyyat əməliyyatları, elektron müharibə, həmçinin koordinasiyalı dron hücumları üçün nəzərdə tutulub. Nəhəng pilotsuz platforma yüksək məsafələrə uçmaq, uzun müddət havada qalmaq və dron qruplarını real vaxtda idarə etmək bacarığı ilə seçilir.
Mütəxəssislər hesab edir ki, Çinin bu addımı qlobal PUA texnologiyalarında yeni mərhələnin başlanğıcıdır və ölkəyə hava məkanında strateji üstünlük qazandıra bilər.
Musavat.com






