Çində çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq böyük maraq doğurub.
Musavat.com xəbər verir ki, kadrlarda pilotsuz mini yük avtomobilinin çuxurlarla dolu, dağılmış yollarda sakit şəkildə irəlilədiyi, kələ-kötür ərazilərdə hoppansa belə yoluna davam etdiyi aydın görünür.
Görüntülərin qəhrəmanı Çin istehsalı olan pilotsuz yük avtomobilidir. Asfaltın bitdiyi, yol şəraitinin demək olar ki, yox olduğu ərazidə avtomobilin dayanmaq bilməməsi istifadəçilər tərəfindən heyrətlə qarşılanıb. Bir çoxları bu səhnələri “texnologiyanın səbr testi” kimi qiymətləndirib.
Məlumata görə, bu tip pilotsuz yük avtomobilləri artıq minlərlə sayda istehsal olunub və Çinin yüzlərlə şəhərində logistika və çatdırılma sahəsində istifadə edilir. Video isə göstərir ki, bu nəqliyyat vasitələri real, çətin və ideal olmayan yol şəraitinə belə uyğunlaşa bilir.
Musavat.com






