İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin müharibədən qazanır? – Rusiyanın taleyi Pekinin əlində

447 17.02.2026 09:36 Dünya A A

“Bloomberg” agentliyi Qərb mənbələrinə istinadən Çinin Ukraynadakı münaqişənin həlli ilə bağlı mövqeyinin dəyişdiyi barədə xəbər yayımlayıb. Agentliyin məlumatına görə, Çin əvvəlcə münaqişənin iqtisadi nəticələrindən narahat olsa da, hazırda Rusiya-Ukrayna müharibəsinə baxışı dəyişib. Bunun Avropanın diqqətinin Ukraynaya yönəlməsi və Asiyadan uzaqlaşması ilə bağlı olduğu iddia edilir. “Bloomberg” eyni zamanda qeyd edib ki, Çin lideri Si Cinpin Ukrayna məsələsində Rusiya prezidenti Vladimir Putini mövqeyini daha fəal dəstəkləməyə başlayıb.

Çin həqiqətənmi münaqişənin tezliklə həllində maraqlıdır, yoxsa mövcud vəziyyət onun geosiyasi maraqlarına daha çox xidmət edir? Əgər Avropa uzun müddət Ukrayna cəbhəsinə fokuslanarsa, bu, Asiya-Sakit okean regionunda qüvvələr balansına necə təsir göstərəcək?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz” | Modern.az

Politoloqun fikrincə, Çin liderinin Si Ukrayna məsələsində Vladimir Putini mövqeyini daha fəal dəstəkləməsi onunla əlaqəlidir ki, müharibə Rusiyanı Çindən asılı vəziyyətə salıb və bu Pekinin maraqlarına cavab verir:

"Münhen Təhlükəslzlik Konfransında çıxış edənlərin bir qismi də bu fikirdəydilər ki, Pekin Kremlə dəstək verməsə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi çətin olar. Rusiyanın mineral resurslarını Çinə satmaqla gəlir əldə etməsi və Çin texnologiyalarının idxalı nəzərdə tutulur. Rusiyanın ayaqda tutan bunlardır. 

Çinin xarici işlər naziri Van İ Münhen Təhlükəsizlik Konfransnda çıxışında ölkəsinin Ukrayna ilə bağlı mövqeyini təkrarlayaraq Çinin Ukrayna böhranında birbaşa iştirak etmədiyini bildirib. O, həmçinin Çinin sülh prosesini tam dəstəklədiyini qeyd edib. Van İ Ukrayna münaqişəsinin hərbi deyil, diplomatik yollarla həll edilməsinin vacib olduğunu bildirib. O, Avropa ölkələrinin sülh danışıqlarında daha fəal rol oynaya biləcəyini qeyd edib. Halbuki, Çinin strateji tərəfdaşı Rusiya müharibənin dayandırılması məsələsində Avropanın vasitəçiliyini qəbul etmir. Kreml sadəcə bu mövzuyla bağlı Vaşinqtonla danışıqlar aparır. Van İ Avropanın əhəmiyyətini vurğulamaqla Brüsselin Vaşinqtondan asılılığının azaldılması vacibliyinə işarə edib".

Politoloq həmçinin qeyd edib ki, Vaşinqton Çinin dünyada artan imkanlarını məhdudlaşdırmağa çalışır.

"Brüssel Çin məhsullarının Avropa bazarlarında üstün mövqe qazanmasından narahat olsa da, Pekinlə qarşıdurmada maraqlı deyil. Digər tərəfdən Çinin Avropa bazarına ehtiyacı var. Ancaq Brüssel bunun qarşılığında Pekinin müharibəni dayandırmaq məqsədilə Rusiyaya təsir etməsini istəyir. Bu isə Pekinin maraqlarına cavab vermir", - deyə politoloq vurğulayıb.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR