Musavat.com xəbər verir ki, Çinli paleontoloqlar Duçzyan bölgəsində təxminən 200 milyon il əvvələ aid dinozavr izləri aşkarlayıblar. Tapıntı barədə məlumatı “Global Times” yayıb.
Musavat.com bildirir ki, alimlərin açıqlamasına görə, bu izlər bölgədə ilk dəfə aşkarlanır və buna görə kəşf xüsusi elmi əhəmiyyət daşıyır. Paleontoloqlardan biri qeyd edib ki, bu tapıntı “dinozavrların erkən təkamülünü anlamaq və qədim ekosistemlərin bərpası üçün son dərəcə qiymətli fiziki sübutlar təqdim edir”.
Aşkarlanmış izlər gələcək paleontoloji araşdırmalar üçün yeni istiqamətlər açır və regionun geoloji tarixinin daha dəqiq bərpasına imkan yaradır.
Musavat.com






