İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən ABŞ-a əks-zərbə

533 26.12.2025 17:25 Dünya A A

Çin Tayvana genişmiqyaslı silah satışı proqramına görə ABŞ-ın 20 müdafiə şirkətinə və onların rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, əgər sövdələşmə ABŞ Konqresi tərəfindən təsdiqlənərsə, bu, Amerika tarixində Tayvana nəzərdə tutulan ən böyük silah paketi olacaq və ümumi dəyəri 11,1 milyard dollar təşkil edəcək.

Paketə orta mənzilli raketlər, haubitsalar və pilotsuz uçuş aparatları daxildir.

Sanksiya siyahısına "Northrop Grumman Systems Corporation", "L3Harris Maritime Services", "Boeing" şirkətinin "Sent Luis" bölməsi, "Gibbs & Cox", "Advanced Acoustic Concepts", "VSE Corporation", "Sierra Technical Services", "Red Cat Holdings", "Teal Drones", "ReconCraft", "High Point Aerotechnologies", "Epirus", "Dedrone Holdings", "Area I", "Blue Force Technologies", "Dive Technologies", "Vantor", "Intelligent Epitaxy Technology", "Rhombus Power" və "Lazarus Enterprises" daxil edilib.

Bu şirkətlərin Çində yerləşən daşınar və daşınmaz əmlakı, eləcə də digər aktivləri dondurulacaq. Çin ərazisində fəaliyyət göstərən bütün qurumlara və fiziki şəxslərə onlarla hər hansı sövdələşmə aparmaq, əməkdaşlıq etmək və başqa fəaliyyət növləri həyata keçirmək qadağan olunub.

Bundan əlavə, Pekin silah satışında rol oynadıqları üçün 10 yüksək vəzifəli şirkət rəhbərinə qarşı da sanksiyalar tətbiq edib. Həmin şəxslərə viza verilməyəcək və onların Çinə, o cümlədən Honkonq və Makaoya girişi qadağan olunacaq.

Sanksiyaya məruz qalan rəhbərlər arasında "Anduril Industries" şirkətinin qurucusu Palmer Laki və "VSE Corporation"un prezidenti və baş icraçı direktoru Con Kuomo da var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR