İnsanlara hürriyət, millətlərə istiqlal!

Çipsdən imtina etmir, gecələr seriallara baxır: 101 yaşlı çinli qadın uzunömürlülüyün sirrini açıqladı

953 27.01.2026 02:02 Maraqlı A A

101 yaşlı Çin sakini Tszyan Yueçin hər gecə saat 02:00-a qədər televiziya seriallarına baxır, günortaya yaxın oyanır və çipsdən əsla imtina etmir.

Musavat.com xəbər verir ki, qadının sözlərinə görə, uzunömürlü olmasının əsas sirri keyfiyyətli yuxu və hər səhər oyandıqdan sonra içdiyi bir fincan bərk dəmlənmiş çaydır.

Tszyan Yueçin bütün ömrünü ailəsinə həsr edib, yeddi uşaq böyüdüb. O, həyat yoldaşı ilə birlikdə şəxsi evdə yaşayıb və illər boyu daim iş-güc içində olub. Qadının “zərərli vərdişləri” isə yalnız ahıl yaşlarında, 100-ü keçəndən sonra formalaşıb.

Onun qızı Yao anasının həyat tərzini belə təsvir edir: “Anam gənc qız kimidir, əsl ‘bayquşdur’. Gec yatmasına baxmayaraq, yuxusunun keyfiyyəti əladır. Yatağa uzanan kimi bir neçə dəqiqə ərzində yuxuya gedir”.

Qızının sözlərinə görə, Tszyan Yueçin bu gün də qeyri-adi dərəcədə sakitdir və aydın düşüncəyə malikdir. “O, heç vaxt kin saxlamır və həyatda baş verənləri həddən artıq ciddiyə almır”, - deyə Yao vurğulayır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR