İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çox əsəbiləşdim, sonradan Elvinlə sakit söhbətimiz oldu”- Video

1108 27.10.2025 15:35 İdman A A

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Atletik”ə qarşı keçirilən matçda Elvin Cəfərquliyevin müzakirə olunan epizodu barədə danışıb.

Təcrübəli mütəxəssis müdafiəçini cəzalandırıb-cəzalandırmadığı barədə sualı cavablandırıb. 

“Normal bir qaydada söhbətimiz oldu. Oyun zamanı daha çox əsəbiləşdim. Amma sonradan sakit söhbətimiz oldu. Belə oyunlarda bu cür halların olması normaldır. Bu səviyyədə keçən oyunlarda futbolçuların səhv etməsi təbii ki, normaldır”, - o bildirib. 

Qeyd edək ki, Elvin Cəfərquliyev həmin matçda əks-hücum zamanı Emmanuel Addainin yanlış ötürməsindən sonra ona əsəbiləşmişdi və oyuna davam etməyərək komanda yoldaşına etiraz etmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR