İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çox gənc idim, kobud söz qəlbimi dərindən yaralayırdı" - FOTO

1090 26.11.2025 00:46 Şou-biznes A A

Aktrisa Ülviyyə Xəlilbəyli görünüşünü tənqid edənlərə cavab verib.

Musavat.com xəbər verir ki, o, illər əvvəl rol aldığı seriallardan kəsilmiş hissəni sosial media hesabında paylaşıb.

Aktrisa onu tənqid edənləri hədəf alaraq bunları yazıb:

"Bu serialda çəkiləndə çox gənc idim. Hər şeyə yeni başladığım vaxtda hər linç, hər kobud söz qəlbimi dərindən yaralayırdı. Həssas idim, incəydim, özümü qorumağı bacarmırdım. Üzümün kilolu olmağına görə o qədər linç edilirdim ki... O zamanlar sosial şəbəkələrdə "üzündə gel var" deyib yazılan şərhlərlə dolub-daşırdı. Sonra arıqladım, yenə linçləndim. Əməliyyat oldum, bu dəfə də keçmişdəki halımı tərifləyib məni yenə linç etdiniz. Hətta bəzən köhnə şəkillərimi paylaşıram, onu belə yeni kimi qəbul edib "nə gündəsən" yazırsınız. Halbuki o şəkillər illər əvvəl çəkilib.

Sanki əzbərləmisiniz sözləri. Ən çox da məni bu düşündürür ki, görünüşümə görə siz niyə məndən çox narahatsınız? Hər halımla sevənlərimin yeri qəlbimdə xüsusi yerdədir. Arxamla danışan sənət yoldaşlarımdan hələ danışmıram. Bu qədər önəmsədiyiniz üçün minnətdaram".

1304068.png (191 KB)

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR