İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir dünya kino əfsanəsi vəfat etdi

610 28.12.2025 14:12 Dünya A A

Fransız kino və stil ikonası, XX əsrin ən tanınmış simalarından biri Bricit Bardo 91 yaşında dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, Bardo təxminən 60 film layihəsində çəkilərək dünya kinosunun simasını dəyişən aktrisalardan biri kimi tarixə düşüb.

Aktrisanın ən məşhur filmləri sırasında “Şəxsi həyat” (1962), “Nifrət” (1963), “Viva, Mariya!” (1965), “Əziz Bricit” (1965) və “Kişi və qadın” (1966) yer alır. Onun kino karyerasındakı son işi “Kolinyo-ətəkli haqqında hekayə” filmi olub (1973).

1950–1960-cı illərin seks-simvollarından biri sayılan Bricit Bardo kino tarixində ekranda bikini ilə görünən ilk qadın kimi də yadda qalıb. O, təkcə gözəlliyi ilə deyil, azad qadın obrazı və cəsarətli rolları ilə də bir dövrün mədəni kodlarını dəyişib.

Kino karyerasını başa vurduqdan sonra Bardo həyatını heyvan hüquqlarının müdafiəsinə həsr edib. O, öz adını daşıyan fond yaradaraq illərlə dünyada heyvanlara qarşı zorakılığa qarşı mübarizənin simvoluna çevrilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR