İrana qarşı hərbi əməliyyatlar genişlənə bilər.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin Fox News telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yaxın vaxtlarda daha üç ölkə İrana qarşı zərbələr endirməyə hazırlaşır. Hazırda həmin ölkələrin hərbi hava qüvvələri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə birgə koordinasiya aparır.
Bildirilir ki, İsrail və ABŞ-nin hücumlarına cavab olaraq İran hərbçiləri regionda yerləşən Böyük Britaniya, Almaniya və Fransa hərbi bazalarına zərbələr endirib.
Musavat.com






